Fitnes sözünün mənası “uyğun, forma, sağlamlıq, uyğunluq” deməkdir. Fitness bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növüdür.
Digər idman növlərindən fərqli olaraq fitnesdə əsas məqsəd bədəndəki bütün əzələləri alətlə və ya alətsiz tək-tək işlədərək elastikləşdirmək və formaya salmaqdır. Demək olar ki, bütün idman növlərində fitneslə əlaqəli idman hərəkətləri var.
Fitness elə bir idman növüdür ki, onunla məşğul olarkən edilən hərəkətlər hər adamın öz orqanizmi və yaşına görə fərqli olur. Hər yaşda olan insan fitneslə məşğul ola bilər, amma fitnesə başlamazdan əvvəl mütəxəssis tərəfindən onun yaşına, sağlamlıq vəziyyətinə uyğun olan idman hərəkətləri müəyyən edilməlidir. Çünki bir sıra idman hərəkətləri bəzən insana zərər verə bilər. Məsələn, ödündə daş olan insan ayaqlarını düz saxlamaqla bədənini sürətli şəkildə sağa və sola hərəkət etdirən bir idman hərəkətini etsə, qısa müddət ərzində onun ödündə sancılar başlayacaqdır və s.
Burada 39 ədəd kardio trenajorlarımız var.
Bütün trenajorlar lokal sisteminə qoşulub. İstəyinizə uyğun olaraq, “club member” qeydiyyatından keçərək və ya “guest” bölməsini seçərək, şəxsi məşq cədvəlinizə daimi nəzarət edə bilərsiniz. Məşq zamanı trenajorlarımız, məşq tempini daimi göz önündə saxlayaraq, ürək döyüntünüzü gistoqramma şəklində göstərir və idman zamanı sağlamlığınıza nəzarət etməyə kömək edir.