Masaj rahatlaşmaq ehtiyacı duyan və yorğunluğunu atmaq istəyən ağlınıza gələn ilk alternativdir. Masaj həm də bədən üçün bir neçə dəqiqəlik xoşbəxtlik deməkdir. Ağrıyan kürək, boyun və sıxılmış əzələlər üçün, yəqin ki, masajdan daha gözəl hədiyyə ola bilməz. Masaj bir müddətə də olsa, dünyadakı bütün stress və gərginliyi uzaqlaşdıran fiziki, zehni və ruhi təmizlənmə, rahatlıq fasiləsidir.
Masaj bədəndə qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır, daxili orqanların fəaliyyətini tənzimləyir. Masaj əvəzolunmaz və vacib prosedurdur. Bu yolla bir sıra xəstəliklərdən yaxa qurtarmaq və ya ən azından profilaktik tədbir görmək olar. Bu üsuldan bir sıra xəstəliklərdə istifadə olunur.
Böyüklərlə yanaşı, uşaqlarda da masaj çox gözəl effekt verir. Bu, daha çox əzələlərin iş prinsipinə təsir edir. Orqanizmdə 400-dən çox əzələ var, onların hər birinin damar və sinir təchizatı mövcuddur. Ona görə də əzələlərin qısalması, ifliclər zamanı masaj mütləqdir. Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərin yaranması riskini azladır. Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar ötürülür və bu, arterial təzyiqi aşağı salır.
Masaj İmmunitet sistemini gücləndirir, Qan dövranını tənzimləyir, metabolizmi sürətləndirir, həzm və ifrazat sistemini yaxşılaşdırır, yağ yandırılmasını sürətləndirir, şiş ölçüsünü azaldır, əzələləri boşaldır, yuxu rejimini yaxşlaşdırır, stress və yorğunluğu aradan qaldırır, yaşlanma prosesini gecikdirir, hüceyrə yenilənməsini sürətləndirir, orqanizmdə toplanan toksinlərin atılmasını təmin edir.