Bakıda ən premium səviyyəli idman və SPA mərkəzlərindən biri olan 1st Fitness dünyanın ən müasir və ən keyfiyyətli markası olan “Life Fitness” idman avadanlıqları ilə təchiz olunub. Mərkəzimizdə bütün əzələ qruplarına lazım olan trenajorlar vardır.
İdman mərkəzimiz 3 mərtəbədən, 3360 kv.m-dən ibarətdir. Birinci mərtəbədə hovuz, fitness, uşaq və xanımlar üçün geyim otaqları və həmçinin “Healthy Café”, müştərilərin istifadəsinə verilib.
İkinci mərtəbədə güc trenajorları, kişi geyinmə və SPA otaqları,
Üçüncü mərtəbədə isə Pilates otağı, xanımlar üçün xüsusi idman zalı, Relaks və masaj otaqları və s. təşkil olunmuşdur.
Klubumuzda hər mərtəbədə kişilər və qadınlar üçün quru və buxarlı sauna vardır. Əlavə olaraq məkanımız mini kort (açığ havada kiçik stadion) ilə təmin olunub. Eyni məkanda Zumba, Kikboks, Stretching, Yoga, Aerobika təlimçiləri sizlərə tam peşəkar və təhlükəsiz məşq keçirməyə hazırdırlar
Professional məşqçi heyyətimizin dəstəyi ilə, siz fərdi və ya qrup şəklində təlimlərdən yararlana bilərsiniz .
1st fitness ailəsi olaraq, daima sizin sağlamlığınız və rahatlığınızın qeydinə qalmaqdan məmnunluq hissi duyaraq bildirmək istəyirik ki, abunə daxili limitsiz şəkildə gigiyenik vəsaitlər həmçinin avtodayanacaq xidməti təklif olunur
Klubumuz, daimi sizin sağlamlığınızı fikirləşərək, daxili quraşdırılmış ən son texnologiyaya malik böyük həcmli havalandırma sistemi ilə təmin edilib. Əlavə olaraq, sizlərə abunə daxili limitsiz və pulsuz şəkildə gigiyenik ləvazımatlar,dəsmal və xalatlar və s. təqdim olunacaqdır