-Healthy Cafe: Gülərüz və yüksək peşəkarlığa malik olan işçi heyyətimiz daimi sizlərin xitmətinizdədir. Burada proteinli, vitaminli və s. içkilər, həmçinin sağlam qidalar və təbii meyvə şirələri təklif olunur. Peşəkar barmenlər böyük məmnuniyyətlə sizə sərin kokteyllər hazırlayacaqlar. Təcrübəli aşbazlarımız və dietoloqlarımız hər mövsümə uyğun sadə və dietik yemeklərlə sizi valeh edecəklər. İdman qidaları və proteinlər məşhur şirkətlərin məhsullarıdır. Sağlamlığınıza zərər yetirmədən, sizin məşqlərinizə kömək edəcəyik.

Hovuz:  Birinci mərtəbədə yerləşən yarım olimpik hovuzun olçüləri: uzunluq-25 m., en-12 m. və dərinlik-1.50 m.-dir.  Əlavə olaraq, nəzərinizə çatdıraq ki, hovuzumuz xlor və digər kimyəvi maddələrdən istifadə olunmadan, ozonla təmizlənir. Peşəkar məşqçilər sizlərə fərdi və ya qrup şəklində dərs keçirməyə həmişə hazırdırlar. Üzə bilməyənlər üçün hovuzumuzda lazım olan bütün üzgüçülük ləvazimatları təqdim olunur. Hovuzumuzdaki relaks musiqi istirahətinizi dahada gözəlləşdirəcək.

-Kardio: Burada 39 ədəd kardio trenajorlarımız var. Trenajorlar Amerikanın “Precor” firmasının məhsullarıdır. Bütün trenajorlar lokal sisteminə qoşulub. İstəyinizə uyğun olaraq, “club member” qeydiyyatından keçərək və ya “guest” bölməsini seçərək, şəxsi məşq cədvəlinizə daimi nəzarət edə bilərsiniz. Məşq zamanı trenajorlarımız, məşq tempini daimi göz önündə saxlayaraq, ürək döyüntünüzü gistoqramma şəklində göstərir və idman zamanı sağlamlığınıza nəzarət etməyə kömək edir.

Bundan əlavə istifadə etdiyiniz gadjeti, istər mobil telefonu, istər planşeti, trenajora qoşaraq, sevdiyiniz musiqini dinləyə bilərsiniz. İş adamları üçün məşq zamanı trenajorlarımız böyük ölçüdə olan monitorlarda vaxt itirmədən brauzerə daxil olmaqla işə onlayn rejimdə işə davam etməyə imkan yaradır.  Burada həm sadə, həm peşəkar avadanlıq var. Nəzərinizə çatdırırıq  ki, klubumuzda Azərbaycanda nadir halda rast gəlinən “Stair Master” və “Spinning” trenajorları da xidmətinizdədir.