Hovuz: Birinci mərtəbədə yerləşən yarım olimpik hovuzun olçüləri: uzunluq-22 m., en-12 m. və dərinlik-1.50 m.-dir. Əlavə olaraq, nəzərinizə çatdıraq ki, hovuzumuz xlor və digər kimyəvi maddələrdən istifadə olunmadan, ozonla təmizlənir. Peşəkar məşqçilər sizlərə fərdi və ya qrup şəklində dərs keçirməyə həmişə hazırdırlar. Üzə bilməyənlər üçün hovuzumuzda lazım olan bütün üzgüçülük ləvazimatları təqdim olunur. Hovuzumuzdaki relaks musiqi istirahətinizi daha da gözəlləşdirəcək.
Üzgüçülük vücudunuzun inkişaf etməsinə, bütün orqanlarınızın hərəkətə keçməsinə kömək edəcəkdir. Qədim Yunanıstnanda oxumağı və üzməyi bacarmayan adamları həyata ən az uyğunlaşmış şəxslər hesab etmişlər. Ancaq buna baxmayaraq üzgüçülük uzun zaman idmanla bağlı olmamışdır. Yaxşı üzgüçü olmaq üçün ahəngdar fiziki inkişafa nail olmaq lazımdır.Bu inkişaf təkcə suda deyil, həm də quruda müntəzəm fıziki məşğələlər nəticəsində yaranır. Onlar arasında gündəlik səhər gimnastikası, avarçəkmə və idman oyunlarının xüsusi rolu vardır.
İdman üzgüçülüyündə dörd əsas üsul var: krol, arxası üstə, brass və batterfilay. Krol - ən sürətli üzgüçülük üsuludur. Krolçu növbəli şəkildə əlləri ilə suda üfqi istiqamətdə avar çəkməklə və ayaqları ilə suya şaquli istiqamətdə elastik zərbələr vurmaqla irəliləyir. Başını yana çevirərkən ( sağa və ya sola) üzgüçü başını çevirdiyi tərəfdəki əli ilə avarçəkməni bitirdiyi anda dərindən nəfəs alır, sonra üzünü suya salıb nəfəsi buraxır.
Arxası üstə üzərkən sürət nisbətən az olur, əllərin və ayaqların hərəkət sxemi isə krolda olduğu kimidir. Üzgüçülüyün sürətcə ikinci yerdə olan üsulu batterflay, daha doğrusu . onun delfın növüdür. Kroldan fərqli olaraq delfın üsulunda hər iki əllə eyni vaxtda avar çəkilir və bu zaman ayaq iki dəfə dalğavari hərəkət etdirilir. Üzmək üçün və suda boğulanları xilas etmək üçün ən rahat üsul brassdır. Bu üsulun hərəkətləri qurbağanın suda üzərkən ftdiyi hərəkətlərə çox bənzəyir. Əgər uşaq 7-8 yaşına qədər özünü suyun üzərində saxlamağı artıq bacarırsa, bu yaşda üzgüçülüyün bütün üsullarının texnikasını öyrənmək daha asandır. 9-10 yaşlarında isə bu növlərdən hər hansı birində daha yaxşı bacarıq özünü göstərir.