1ST Fitness & SPA – Bakıda ən böyük premium səviyyəli idman və SPA mərkəzlərindən biridir. İdman klubunda bütün əzələ qruplarını inkişaf etdirmək üçün Amerikanın birnömrəli brendi “Life Fitness” trenajorları ilə təchiz olunub.Klubun bütün məşqçi heyəti Azərbaycanda və dünyada bir çox çempionatlarda iştirak edib, beynalxalq sertifikata və medallara layiq görülmüş beynəlxalq dərəcəli peşəkarlardır.
İdman kompleksinin xidmətlərinə: qapalı hovuz, fitness, kardio sahəsi, ağır çəki, 6 ədəd fin və 2 buxarlı sauna, pilates, box, TRX streching, uşaqlar üçün gimnastika, akva-aerobika, zumba, yoqa, istirahət otaqları, SPA və “Healthy Café” aiddir.
I mərtəbədə – “Healthy Café”, hovuz, kardio sahəsi, uşaqlar və xanımlar üçün geyinmə-soyunma otaqları, fin və buxarlı sauna yerləşir. “Healthy Café”də – proteinli, vitaminli və fresh içkilər, həmçinin idmanla məşğul olan müştərilər üçün idman içkiləri və qidaları, eləcə də dietik qidalar var.
Aşpaz və dietoloqlar tərəfindən hazırlanan dietik yeməklərdən faydalanaraq fitness proqramlarında daha effektiv nəticə əldə etmək mümkündür.Menyular hər bir müştərinin maraq və istəklərinə uyğun şəkildə tərtib olunub.
İdman mərkəzində – 6 fin sauna və 2 buxar otağı mövcuddur. Klubda olan quru saunaların hər birinin daxilində Himalay duzu quraşdırılıb. Bronxial astma xəstəliyi və ya nəfəslə problemi olan digər müştərilər üçün nəzərdə tutulub. Bu da müştərilərin rahatlıqla suanadan istifadə etməsinə kömək etməklə yanaşı, müalicəvi effekt verir. Hovuz rahat istifadə üçün bütün lazımi avadanlıqlar və idman aksessuarları ilə təchiz olunub. Xanımlar üçün akva-aerobika və akva-zumba dərsləri də keçirilir.
Azərbaycanda yeganə peşəkar məşqçinin nəzarətilə xüsusi uşaqlarla – daun və autizm sindromlu, skalioz, kifoz kimi uşaq və yeniyetmələrlə də məşqlər keçirir.Qeyd edək ki, hovuz sistemli şəkildə təmizlənir və bütün müasir standartlara cavab verir.
Kardio zalda – bütün trenajorlarda 22 diaqonallı full HD monitorlar mövcuddur. Bu monitorlar bir çox funksiyanı özündə cəmləşdirir – internet, Netflix, sadə brauzerə çıxır. Müştəri qeydiyyat sistemində öz profilini yaradaraq, edilən bütün məşqləri mərkəzi serverin yaddaşında, yaxud da telefonuna Life Fitness Connect mobil tətbiqini yükləyərək şəxsi məşq cədvəlinə nəzarət edə bilər.
II mərtəbədə – burada ağırçəkili trenajorlar, bəylər üçün geyinmə-soyunma otağı, fin və buxarlı sauna yerləşir. Klubda hər bir müştərinin peşəkarcasına idmanla məşğul olması üçün, eləcə də, komfortlu şəkildə trenajorlardan istifadəsi üçün hər cür şərait yaradılıb.
III mərtəbədə isə – VİP-zona, yoqa, pilates, SPA və masaj, geyinmə-soyunma otağı, fin sauna təşkil olunub.