-

Ağır iş rejimi, problemlər sağlamlığımızda, psixologiyamızda izlər buraxır. Bu şərtlər altında xoşbəxt olmaq o qədər də asan deyil.

Əsəbdən, gərginlikdən qurtulmağın ən sağlam yollarından biri yoqadır.

Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür. Yoqa təlimi xəstəliklərin yaranmasına dair ən müasir elmi baxışlardan biri olan psixogenlik anlayışı ilə səsləşir. Bu təlim vurğulayır ki, xəstəliklərin və bədbəxt hadisələrin başımıza gəlməsində indiki və bundan əvvəlki maddi həyatımızdakı niyyət və əməllərimiz, əsəblərimiz səbəbkardır.

Yoqa təliminə görə insanın psixiemosional halları 7 əsas enerji mərkəzi vasitəsilə idarə olunur və mərkəzlərə uyğun emosiyalar elə həmin mərkəzlərə uyğun orqanların ya normal işləməsinə, ya da xəstəliyinə səbəb olur .

Yoqada məqsəd birlik və bərabərlikdir. Edilən işdə hədəf birlik isə adamın özünün bütün olaraq hiss etməsi, heç bir şəkildə özündən əskik olmadığını bilməsi və ona görə dinclik tapması qısaca bunları hiss etməyən biri yoqa etmir deməkdir. Yoqa ilə məşğul olduqda ilk olaraq özünü, daha sonra ətrafını və kainatı qəbul etməsi lazımdır.Bu tanıma uyğun gələn yoqa edir və dinclik tapır.

Yoqa bədən və yaddaşı təkmilləşdirən və həyat tərzinə çevrilən metod kimi anlaşılmalıdır. Yoqanın əsas hissəsi fiziki pozalar və ya Asanalar, nəfəsalma üsulları və ya Pranayama və daha elastik olmaq üçün meditasiyalardır. Yoqa elastik olmağa və yaxşı formada qalmağa kömək edir. O, həmçinin yorğunluğu azaldır və zehni sağlamlığı qüvvətləndirir. Düzgün relaksasiyanı, nəfəsalmanı, məşqi, meditasiyanı, sağlam qidalanmanı və pozitiv düşünməyi öyrədir.