-

Bu asan məşq olunan, lakin çox effektiv idman növüdür ki, insanın həm əzələ, həm də sümüklərinin sağlam və elastik fəaliyyətini təmin edir. Onun sayəsində insan daha yaxşı nəfəs alır, qaməti düzəlir, əzələləri möhkəmlənir, qan dövranı və daxili orqlanların fəaliyyəti yaxşılaşır, əhvalı yüksəlir – bir sözlə o orqanizm üzərində tam nəzarət təmin edir ki, bu da öz növbəsində daha keyfiyyətli həyat tərzinə gətirir və ümumi harmoniyada yaşamağınıza imkan verir. Bundan başqa pilates elə bir idman növüdür ki, hər bir əzələ ilə detallı məşqlər sayəsində digər idman növlərində işləməyən əzələləri belə əhatə edir. Hətta qisa müddətli məşqlərdən sonra adi hərəkətlər- duruş, gəziş, oturuş, əl hərəkətləri və s. belə daha təbii, qovraq, elastik və balanslı, qadınlarda isə hətta daha zərif olur.

Tibbi araşdırmalar sübut edir ki, o sağlamlığında osteartrit, osteoparoz, onurğa, oynaq, çiyin problemlərinin həll üçün effektiv idman növüdür. Bəzi pilatessevərlər isə bu idman növünə sadəcəstressli gündəlik həyatdan qurtulub dincəlmək və daxili harmoniyaya qovuşmaq üçün yazılır. Buradakı hərəkətlər insanın nəinki xarici görkəminə, həm də zehninin itiləşməsinə və daxili ruh aləminə yüksək təsir edir.

Pilates son zamanlar, məşhur olan idman növlərindən biridir. Pilatesin məqsədi  qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır. Pilatesə görə, bədən mərkəzi dərindəki əzələlərlə bel sümüyünə ən yaxın olan əzələlərindən meydana gəlir.
Klassik məşqlərdə zəif əzələlər zəifləməyə, güclü əzələlər güclənməyə meyl göstərir. Bu da balanssız əzələ quruluşuna, xroniki bel ağrısına və şikəstliyə səbəb ola bilər. Pilatesdə əzələ quruluşu bütöv vəziyyətə gətirilər. Çəkinizi itirməsəniz də, incə görünürsünüz. Aparılan araşdırmalara görə hər 10 adamdan 8-i həyatının bir dövründə skelet və əzələ sistemi problemləri ilə rastlaşır. Bədən tarazlığının düzgün olmayan vəziyyəti, duruş pozğunluqları yorğunluq və stressə səbəb olar. Bütün bunların qarşısını almağın ən təsirli yolu Pilatesdir.

Pilatesin fəaliyyətdə olmasını hədəflədiyi əsas bölgə qarın və kürək əzələləri olduğu üçün, onurğanın sağlam olmasını təmin edir. Eyni zamanda bütün bədəni əyərək onurğaların arasını açır. Beləcə bədəndə, zamanla meydana gələn yığıntıları yox edər, hətta onurğaların açılması ilə, boy 2 santimetrə qədər uzana bilər.

Pilatesin faydaları çoxdur:

Bədəndə tarazlıq, güc və elastiklik yaradar, Duruş pozğunluğuna səbəb ola bilən skelet sistemi problemlərindən qoruyar, Boyun yırtığında, qolda yaranan keyləşmə və ağrıları azaldar, Çəki itirməsəniz də bədəninizi incəldər, Əzələləri uzunlamasına işlədər, bədənin dayanıqlılığını artırar və şikəstliyin qarşısını alar, Bədən duruşunu düzəldər, Oynaqlarda yaranan problemlərdə ağrıları nəzarət altında saxlayar, Bel və kürək ağrılarının meydana gəlməsinə mane olar, Oynaq içi mayeləri tarazlayar, Bel yırtığında, ayaqda yaranan ağrıları azaldar, Gün içində etdiyiniz fəaliyyətlərdə, onurğanıza yüklənmədən hərəkət etməyinizi təmin edər, Skolyoz problemi həll edilər, Gündəlik fealiyyətinizi artırar, Kompüterdə işləyən zaman yaranan duruş pozğunluğunu aradan qaldırar və bunların səbəb olduğu ağrılardan xilas olmağı təmin edər.

[su_slider source=»media: 6853,6852,6851,6850,6849″ height=»520″ title=»no» pages=»no» autoplay=»1700″]