-

Vaxt uçur, uşaqlar isə tez böyüyür. Bunu dərk edənə qədər övladlarınız sizin «yuva»nızı tərk edəcəklər. Onlara heç vaxt unutmayacaqları zamanı hədiyyə edin. Sizin uşaqlarınız öz uşaqlarına, daha sonra nəvələrinə hovuzda yaşadıqları ilk təəssüratlardan danışacaqlar. Hovuzun uşaqlar üçün xeyirləri:

  • Tənəffüs və ürək-damar sisteminin möhkəmləndirilməsi
  • Uşaqlara üzməyi öyrətmək
  • Profilaktika və qamət pozuntusunun düzəldilməsi
  • Əzələlərdə gərginliyin azaldılması, onurğanın boşaldılması
  • Daxili orqanların fəaliyyətinin normallaşması
  • Əzələ korsetinin möhkəmləndirilməsi
  • Əzələlərin, orqanların və toxumaların qidalanmasının yaxşılaşdırılması
  • Öz bədəninizə sahib olmaq bacarığı
  • Çəkinin effektiv azaldılması
  • Orqanizmin möhkəmləndirilməsi
  • Stressin azaldılması
  • Elastikliyin inkişafı
  • Öz gücünüz daxilində özünəqiymətin və əminliyin formalaşdırılması və s.

4-9 yaş arasında olan uşaqlara üzməyi öyrətmək ən ideal mərhələdir. Uşaqlar artıq anlayırlar ki, müəllim onlardan nə istəyir. Bu yaşda olan uşaqlar 15-20 dəqiqə müəllimə diqqətlə qulaq asa bilir və onun tapşırıqlarını düzgün yerinə yetirməyi bacarırlar. Bunlarsız lazımi nəticəyə nail olmaq mümkün deyil. Üzgüçülükdə «suyun hissi» kimi anlayış var — o dərinin reseptorları və əzələlərin proprioreseptorları ilə təmin olunur. 6-7 yaşlı uşaq artıq müvafiq olaraq siqnallara adekvat reaksiya verə bilir. Yaşca daha kiçik uşaqlar isə bədənlərinə, onun hərəkətinə və göstərdikləri müqavimətə suyun təzyiqini hiss edir, amma anlaya bilmirlər ki, belə olan halda, nə etmək lazımdır ki, sağ qalasan. Bu prinsipə əsaslanaraq, üzgüçülük üzrə məşqçimiz böyük məmnuniyyətlə 4 yaşından başlayaraq sizin uşaqlarınıza üzməyi öyrədəcək.

Uşaqlar üçün elə bir hovuz seçmək lazımdır ki, onun suyu təmiz, təlimçilər isə səbrli olsun. Valideynlərin diqqətinə çatdıraq ki, övladınızı hovuza yazdırmazdan əvvəl mütləq onun parametrləri ilə tanış olun. “1-st Fitness” idman kompleksində uşaqlara özəl hazırlanan hovuzun dərinliyi 60 santimetr, uzunluğu 12,5 metr, eni isə 6 metrdir. Dərinliyi xüsusilə qeyd etmək istərdik. Çünki biz övladlarınızın təhlükəsiz üzgüçülük dərslərinə zəmanət veririk. Hovuza baş çəkin, işçilərlə danışın, təlimçilərlə tanış olun, suyun təmizliyini təsdiqləyən arayışlara baxın. Eyni zamanda, duş kabinələrini yoxlayın, soyunma-geyinmə otaqlarında qızdırıcıların olmasına və içərinin sərin olmamasına diqqət yetirin.