Klub qaydaları

Klubun işi
Awesome Image

1. Müqaviləni bağlamazdan əvvəl Klub Üzvü Klubun ərazisi ilə tanış olmaq hüququna malikdir.

2. Kluba ilk gəlişində Klub Üzvü giriş təlimatından keçməlidir.

3. Bütün məşqlərdə və digər tədbirlərdə iştirak haqqında qərarı Klub Üzvü müstəqil qəbul edir. Klub Üzvünün sağlamlığına, eləcə də Klubun ərazisində baş vermiş bədbəxt hadisələr nəticəsində dəymiş travmalara və istənilən digər zərərə görə Klub məsuliyyət daşımır o şərtlə ki, müvafiq zərər klubun təqsiri nəticəsində dəymiş olmasın.

4. Şəxsi təhlükəsizliyin və Klubun digər ziyarətçilərinin təhlükəsizliyini təmin etmək üçün trenajor zalında ağırlaşmalarla və/və ya hovuzda istənilən növ üzmələrlə istənilən növ məşqləri şəxsi təlimatçının yanında yerinə yetirmək tövsiyə edilir. Klub Üzvü müstəqil şəkildə məşq edə və ya Klubun təlimatçılarının xidmətlərindən yararlana bilərlər.

5. Klub Üzvü məşqlərdən əvvəl, məşq zamanı və məşqlərdən sonra istifadə etdiyi bütün sahələrində (ayrı-ayrı zonalarında) təmizliyə riayət etməlidir.

6. Klub Üzvü Klubda məşqlərdən əvvəl, məşq zamanı və məşqlərdən sonra istifadə etdiyi bütün avadanlıqları hər avadanlıq üçün ayrılmış yerlərə qoymalıdır.

7. Klub Üzvünün sağlamlığına görə özü məsuliyyət daşıyır. Travmalardan qorunmaq üçün Klub Üzvünə yalnız onun hazırlıq səviyyəsinə, sağlamlıq qrupuna uyğun olan məşqlərə gəlmək tövsiyə olunur.

8. Klub Üzvü əgər travma almışsa travmanı alma faktını Klubun növbətçi məşqçisinin yanında qeyd etməlidir.

9. Əgər Klub Üzvünün sağlamlıq vəziyyəti kəskin xəstəlik, travmanın kəskinləşməsi və ya xroniki xəstəlik nəticəsində pisləşərsə, Klubun administrasiyası səhhətin pisləşməsinə görə məsuliyyət daşımır.

10. Üçüncü şəxslərin və ya Klub Üzvünün qanunazidd hərəkətləri ilə sağlamlığa və/və ya əmlaka dəymiş ziyana görə Klubun administrasiyası məsuliyyət daşımır.

11. Əgər Klubun daxili intizam qaydalarının, Klubun zonalarının ziyarət qaydalarının pozulması, giriş təlimatdan keçməmə, giriş təlimat qaydalarına əməl etməmə sağlamlığa ziyanın dəyməsinin səbəbi olmuşdursa, həmçinin Klub Üzvü müstəqil məşq edirsə, Klubun administrasiyası məsuliyyət daşımır.

12. Klubda olan vaxt şəxsi əşyaları və dəyərliləri (texniki vasitələri, ziynət əşyalarını, rəsmi sənədləri, nağd pul vəsaitlərini və bank kartlarını) saxlamaq üçün soyunma otaqlarında individual şkaflardan istifadə edilir.

13. Klub Üzvünün təhlükəsizliyinin və əmlakın bütövlüyünün təmin edilməsi məqsədilə Klubda videomüşahidə aparılır. Qadın Soyunub-geyinmə otaqlarında və digər kamera nəzarəti olmayan yerlərdə qalmış əşyalara görə Klub məsuliyyət daşımır.

14. İtmiş, nəzarətsiz qalmış əşyalara və xüsusi şkafa saxlama üçün yerləşdirilməmiş digər dəyərlilərə görə və ya məsuliyyətsizlik ucbatından açıq qalmış şkaflardan yoxa çıxmış əşyalara görə Klub məsuliyyət daşımır.

15. Klubu tərk edərkən Klub Üzvü bütün şəxsi əşyalarını götürməli, şkafı boşaltmalıdırlar. Şəxsi və individual əşyaların toxunulmazlığı məqsədilə iş vaxtı bitəndən sonra bütün şkaflar baxış və təmizlik aparmaq üçün açılır o şərtlə ki, klub üzvü şkafda əşyaların qalmış olması ilə bağlı klubu əvvəlcədən məlumatlandırmış olmasın.

16. Yaddan çıxmış əşyalar 30 gün ərzində Klubda saxlanılır. Onlar barədə məlumatı qəbul masasından əldə etmək olar. 30 gün keçdikdən sonra itmiş əşyalar, sonradan mülkiyyətçiyə maddi təzminat ödənilmədən utilizasiya edilir.

17. Valideynlərin və digər qanuni nümayəndələrin nəzarəti olmadan Klubun ərazisində olan uşaqlara görə Klub məsuliyyət daşımır. Aşağıdakı hallar istisna olmaqla, Klubda uşaqların olması qadağandır:

18. – 12 yaşa qədər uşaqlar Klubda valideyn, qanuni nümayəndə və ya valideyninin göstərişi ilə Klubun şəxsi məşqçisi ilə birlikdə məşqdə olmalıdır və ya
19. 14 yaşa çatmayan şəxslər yalnız valideynlərin birinin və ya qəyyumunun iştirakı ilə yazılı ərizəyə əsasən kart və qolbaq (braslet) əldə etdikdən sonra müqavilə imzalayırlar.

20. Uşaqların trenajor zalında müstəqil məşqlərinə 14 yaşından icazə verilir. 14 yaşından 16 yaşınadək şəxslərin trenajor zalında məşğələlər yalnız şəxsi məşqçinin iştirakı ilə həyata keçirilir.

21. Klub tədbirləri keçirilən zaman məşğələlər üçün nəzərdə tutulan zona məhdudlaşdırıla bilər.

22. Klubu tərk edərkən, Klub Üzvü Klubun müvəqqəti istifadəyə verdiyi bütün əmlakı qaytarmalı, şkafı boşaltmalıdırlar

23. Klub Üzvü şəxsi məşğələyə gecikdiyi halda, şəxsi məşğələnin keçirilmə vaxtı gecikmə vaxtına mütənasib olaraq azalır. Əgər gecikmə müddəti məşğələ müddətinin 30%-ni keçmişsə Klub Üzvü məşğələyə buraxılmır.

24. Klub Üzvünün hörmətsiz münasibətinə görə məşqçi şəxsi məşğələni keçirməkdən imtina edə bilər və bunun üçün Kluba ödənilmiş məbləğ geri qaytarılmır.

Klub Üzvü Klubun digər üzvləri üçün şəxsi məşqləri keçirmək hüququna malik deyillər;

-Gigiyena qaydalarına əməl etmək lazımdır;

-Klubun ərazisində sakitliyə və elementar davranış qaydalarına əməl etmək lazımdır;

-Klubda müasir musiqi avadanlığın olması nəzərdə tutulur, bu avadanlıq məşq ərazilərində musiqi müşayiətini təmin edir. Klubda musiqi əsərlərinin seçilməsi administrasiya tərəfindən həyata keçirilir
Sərbəst çəkilərlə işlədikdən sonra ştanqlardan ağırlaşmaları çıxartmaq, qantelləri qantel dayağına qoymaq lazımdır;
Avadanlıqdan istifadə üzrə suallar yarandıqda trenajor zalının növbətçi təlimatçısına müraciət etmək lazımdır;
Hər müştəriyə iki dəsmalın verilməsi nəzərdə tutulur. Klubun verdiyi dəsmallarla ehtiyatla davranmaq tövsiyə edilir. Bu inventarı yerə atmaq qəti şəkildə olmaz. Dəsmalın itməsinə/korlanmasına görə müəyyən olunmuş tariflərə uyğun olaraq cərimə tutulur.
Göstərilən xidmətləri aldıqdan sonra istifadəyə götürülən hər bir inventarı qaytarmaq lazımdır.

Klub Üzvü Klubun digər üzvləri üçün şəxsi məşqləri keçirmək hüququna malik deyillər;

-Gigiyena qaydalarına əməl etmək lazımdır;

-Klubun ərazisində sakitliyə və elementar davranış qaydalarına əməl etmək lazımdır;

-Klubda müasir musiqi avadanlığın olması nəzərdə tutulur, bu avadanlıq məşq ərazilərində musiqi müşayiətini təmin edir. Klubda musiqi əsərlərinin seçilməsi administrasiya tərəfindən həyata keçirilir
Sərbəst çəkilərlə işlədikdən sonra ştanqlardan ağırlaşmaları çıxartmaq, qantelləri qantel dayağına qoymaq lazımdır;
Avadanlıqdan istifadə üzrə suallar yarandıqda trenajor zalının növbətçi təlimatçısına müraciət etmək lazımdır;
Hər müştəriyə iki dəsmalın verilməsi nəzərdə tutulur. Klubun verdiyi dəsmallarla ehtiyatla davranmaq tövsiyə edilir. Bu inventarı yerə atmaq qəti şəkildə olmaz. Dəsmalın itməsinə/korlanmasına görə müəyyən olunmuş tariflərə uyğun olaraq cərimə tutulur.
Göstərilən xidmətləri aldıqdan sonra istifadəyə götürülən hər bir inventarı qaytarmaq lazımdır.

• Klubun müəyyən ərazisinə ev heyvanları ilə daxil olmaq;
• Klubun musiqi və digər alətlərindən müstəqil istifadə etmək;
• Klubun ərazisində və sahələrdə siqaret çəkmək;
• Alkoqol, narkotik və ya digər toksiki sərxoşluq halında olmaq, həmçinin bilavasitə klubun ərazisində spirtli içkilər, narkotik və icazə verilməyən tibbi prepartların istifadə edilməsi və ya yayılması.
• Klub Üzvü tərəfindən Klubun ərazisində istənilən kommersiya fəaliyyətinin həyata keçirilməsi, xüsusilə də, malların və xidmətlərin satışı, o cümlədən şəxsi treyninq, hər hansı reklam məhsulunun, idman qidasının yayılması;
• Klub Üzvünə xəstəlik vəziyyətində (soyuqdəymə, yoluxucu və s.) məşqlərə gəlmək. Klubun administrasiyası Klub Üzvünün xəstələndiyi dövr ərzində onun Kluba girişini məhdudlaşdıra bilər.
• İstənilən növdə silahı özü ilə gətirmək və saxlamaq;
• -Ucadan və aqressiv danışmaq, qeyri-normativ leksikadan istifadə etmək, ətrafdakılara mane olmaq;
• Məşq zonasına özü ilə kənardan istənilən növ qida gətirmək;
• Yalnız xidməti isifadə üçün nəzərdə tutulmuş əraziyə daxil olmaq (bunun üçün xüsusi dəvətnamə olduğu hallar istisna olmaqla);
-5 yaşından yuxarı uşaqlara (kişi cinsindən) qadın soyunma otağına giriş;
Soyunma otağının şkaflarında şəxsi əşyaları saxlamaq;
• Klubun administrasiyası ilə razılaşdırılmamış istənilən ictimai aksiyalar keçirmək (ictimai aksiyalar dedikdə müxtəlif növ vərəqələrin paylanması, siyasi və ya kommersiya məqsədilə reklam aksiyalarının keçirilməsi nəzərdə tutulur).

Fərdi məşq dedikdə Klubun ərazisində (trenajor və digər zallarda) şəxsi təlimatçı ilə individual məşğələlər nəzərdə tutulur.
Fərdi məşqçi:

-Məşğələlərin əvvəlində Klub Üzvünün, xarici keyfiyyətlərindən və istəklərindən asılı olaraq məşq həcmini müəyyən edir;
-Yükü hesablayır və hər məşqi sizinlə birlikdə keçirir;
-Məşq prosesində məşğələlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarəti həyata keçirir.

-Qrup məşğələləri cəvdəl üzrə keçirilir, zərurət yarandıqda Klubun administrasiyası tərəfindən bu qrup məşqlərinin cədvəli dəyişdirilə bilər. Bu zaman aparılmış əvəzləmələr və/və ya dəyişikliklər barədə informasiya sms və s. vasitələrlə ən azı məşqin başlamasına 3 saat qalmış Klub Üzvünə çatdırılır.

-Qrup məşğələlərinə gecikmədən gəlmək.

-Məşğələ başladıqdan 10 dəqiqə sonra məşqə gəlmək tövsiyə olunmur. Təlimatçı Klub Üzvü gecikdiyi halda, zalda boş yerlər olmadıqda və bu, Klub Üzvünün sağlamlığı üçün təhlükəli ola bildiyi hallarda buraxmaya bilər.

-Məşq bitdikdən sonra idman inventarını bunun üçün ayrılmış xüsusi yerlərə qaytarmaq lazımdır.

-Quru buxarlı fin saunalarında nəmlik 10-25%-dən artıq deyildir, havanın temperaturu isə 75-90 dərəcə arasında dəyişir;
-Klub Üzvünə saunaların sobalarına və ya sobadakı daşların üstünə su tökmək qadağandır, çünki bu qızdırıcı elementin xarab olmasına gətirib çıxara bilər;
-Saunaların temperaturunu müstəqil tənzimləmək qadağandır;
-Özü ilə saunaya skrab, gel, krem, yağ və yağlı mayelər, aromatik əlavələr və digər kosmetik vasitələri gətirib onlardan istifadə etmək qadağandır;
-Saunaya ilk gəlişdə başı quru dəsmalla bağlamaq tövsiyə edilir;
-Saunaya tövsiyə olunan gəlmə vaxtı – bir girişdə 15 dəqiqədən artıq olmamalıdır. Girişlər arasında tövsiyə olunan fasilə 15-20 dəqiqə təşkil edir;
-Ürək-damar, onkoloji xəstəlikləri, tuberkulyoz, bronxial astma, epilepsiya, dəridə iltihab prosesləri və açıq yaraları olan insanlara saunaya gəlmək əks-göstərişdir və bu halları nəzərə almadan saunaya gələn şəxsin halının pisləşməsi üçün Klub məsuliyyət daşımır.

-Kluba daxil olduqda baxil geyinmək lazımdır.
-Klubda məşq etmək üçün bundan ötrü xüsusi nəzərdə tutulan dəyişik ayaqqabı və geyim olmalıdır (bu zaman bədənin yuxarı hissəsi mütləq örtülü olmalıdır). Bunlar əsasən futbolkalar, maykalar, idman şalvarı, şortlar, krosovkalar, corablardır;
-Geyim təmiz olmalıdır;
-Klubda hovuz ərazisində bundan ötrü xüsusi nəzərdə tutulan papaq, eynək, xalat və s. olmalıdır;
-Hovuzdan istifadə etdikdə sarımsaq, soğan və s. qəbul etmək qadağan edilir;
-Hovuzun istismarından qabaq yağların və ya digər kosmetikanın istifadəsi qəti qadağandır;
-Hovuzun və Klubun ərazisində digər avadanlığın (trenajor zallarının) bütün əsas istismar standartlarına əməl etmək lazımdır;
-Təhlükəsizlik məqsədilə ayaqyalın, corabda və ya konkret məşq növü üçün nəzərdə tutulmayan ayaqqabıda məşq etmək qadağan edilir (hovuz və xüsusi siniflər məsələn, yoqa və sairləri istisna sayılır);
-Klub Klub Üzvünü konkret məşq növü üçün nəzərdə tutulmayan ayaqqabıda və geyimdə məşqə buraxmaya bilər;
-Məşqlərdən əvvəl kəskin qoxulu parfümeriyadan istifadə etmək tövsiyə edilmir.